Təşkilat sədrinə icra başçısı vəzifəsi həvalə olundu

Təşkilat sədrinə icra başçısı vəzifəsi həvalə olundu
  18 Mart 2016    Oxunub:2966
Laçın Rayon İcra Hakimiyyəti (RİH) başçısının səlahiyyətləri Yeni Azərbaycan Partiyasınını (YAP) Laçın rayon təşkilatının sədri Aqil Nəzərliyə həvalə olunub.
AzVision.az report-a xəbər verir ki, A.Nəzərli indiyədək Laçın RİH başçısının müavini vəzifəsində çalışıb.

A.Nəzərli artıq RİH əməkdaşlarına təqdim olunub.

Xatırladaq ki, bu il martın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Akif İsmayıl oğlu Səlimovun Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.


Teqlər:  






Xəbər lenti