Ramil Usubov qalmaqallı rəisi işdən çıxardı
Xatırladaq ki, bu günlərdə paytaxtın bir neçə bölmə rəislərinə daxili işlər naziri Ramil Usubovun əmri ilə xidməti fəaliyyətindəki nöqsanlara yol verdikləri üçün şiddətli töhmət verilib. Bu sırada Anar Şıxəliyevin də adı var.
Bundan əlavə, Anar Şıxəliyev bir neçə ay əvvəl millət vəkili Zeynab Xanlarovanın gəlinini onun avtomobilinə yol vermədiyinə görə bölməyə aparmağı ilə gündəmə gəlmişdi.
Onu da qeyd edək ki, Anar Şıxəliyev Sabirabadın keçmiş icra başçısı, mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən bir il sonra çıxarılmış Vaqif Şıxəliyevin oğludur.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


