Diqqət: bu marşrutların yolu dəyişdi

Diqqət: bu marşrutların yolu dəyişdi
  19 Mart 2016    Oxunub:1555
"BakuBus" MMC bayramla əlaqədar iki marşurut xəttinin istiqamətinin dəyişdirildiyi barədə məlumat yayıb.
Qurumun mətbuat katibi Nuridə Allahyarovanın AzVision.az-a verdiyi məlumata görə, mart ayının 19-u bayram tədbirləri ilə əlaqədar bəzi yollarda ictimai nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacağından BakuBus-a məxsus 2 və 14 saylı marşrut xətləri istiqamətlərini müvəqqəti dəyişməli olacaqlar.

Belə ki, 2 saylı xətt Yusif Səfərov küçəsi ilə hərəkət edərək 28 May küçəsindən keçməklə Puşkin küçəsinə istiqamət alacaq, 14 saylı xətt isə Xocalı prospekti-Yusif Səfərov küçəsi-28 May küçəsi boyunca hərəkət edərək 28 May metro stansiyasının önünə hərəkət istiqaməti götürəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti