Azərbaycan çempionatı başa çatdı
Qızlar arasında qoşa yarışlarda birinci yeri Aliyə Haşımova–Nəzakət Qarayeva cütlüyü tutub. İkinci yerdə isə Ləman Abdülhəmidova-Fidan İranpur (Şəki) dueti yer alıb. 3-4-cü yerləri isə Xədicə Əbilzadə-Aygül Əliyeva (Tennis Məktəbi) və Zemfira Mikayılova (Neftçi İK)–Aytac Qasımova (Qaradağ) cütlükləri tutub.
Oğlanların qoşa yarışlarında İbrahim Ansari–Emin Məmmədov (Tennis Məktəbi), Sadıq Sadiqov–Kənan Pənahov (Tennis Məktəbi), Nurlan Nəcəfli (Sumqayıt)-Nihad Məmmədov (Şabran), Nihad Qarayev (Tennis Məktəbi)-Fəxri Abdullayev (Lokomotiv) duetləri fəxri kürsüdə yer alıblar.
Qarışıq qoşa yarışlarda Sadıq Sadiqov–Nəzakət Qarayeva dueti birinci, İbrahim Ansari-Zemfira Mikayılova cütlüyü ikinci, Emin Məmmədov və Hüsniyyə Novruzova (Tennis məktəbi) dueti isə üçüncü olub.
Turnirdə 1998–2000-ci il təvəllüdlü qızlar arasında şəxsi birincilik üzrə yarışda Sumqayıt təmsilçiləri Məryəm İmanova birinci, Şərmin Şirinova ikinci olub. Nəzrin Əhmədova (Sumqayıt) və Vüsalə Salahova (Şirvan) 3-4-cü yerləri bölüşdürüblər.
Eyni yaş qrupunda oğlanların yarışında isə Nurlan Həsənov (Tennis Məktəbi), Yusif Qafarlı, Vəzir Allahverdiyev və Şirxan Alızadə (hər üçü Sumqayıt) fəxri kürsüdə qərarlaşıblar.
Oğlanların qoşa yarışlarında isə birinci yeri Nurlan Həsənov (Tennis Məktəbi)–Mətin Həsənzadə (Təhsil RİM) dueti tutub. Yusif Qafarlı–Vəzir Allahverdiyev (Sumqayıt) cütlüyü ikinci, Famil Yahyayev-Elməddin Mahmudlu (Şirvan) dueti isə üçüncü olub.
AzVision.az
Teqlər: