İlham Əliyev Putinə başsağlığı verdi

İlham Əliyev Putinə başsağlığı verdi
  19 Mart 2016    Oxunub:2443
Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.

AzVision.az-ın məlumatına görə, başsağlığında deyilir:

"Hörmətli Vladimir Vladimiroviç,
Rostov-Don aeroportunda “Boeing 737-800” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm".

AzVision.az


Teqlər:  





Xəbər lenti