`Qara quru` tapıldı - Pilotun son sözləri (AUDİO)

`Qara quru` tapıldı - Pilotun son sözləri (AUDİO)
  19 Mart 2016    Oxunub:3957
Rostov-Don aeroportunun aviadispetçerləri və “FlyDubai” aviaşirkətinin Dubaydan FZ981 reysi ilə uçan “Boeing 738” təyyarəsinin heyətinin son danışığının audioyazısı yayılıb.
AzVision.az xəbər verir ki, pilotlar və aviadispetçerlər arasında ünsiyyət ingilis dilində aparılıb. Heyət meteoşərtlər haqqında bir neçə məlumat alıb. Pilotlar ilk cəhddən təyyarəni yerə endirə bilməyiblər və təyyarə iki dairəni vurub.



Sonda dispetçerlər rusca “aeroport bağlıdır” deyirlər. Buna cavab olaraq “Orada nə baş verib? Aeroport niyə bağlıdır?”, deyə pilotlar soruşub.

Bu arada FHN əməkdaşları təyyarənin qəzaya uğradığı yerdə "qara qutu" tapıb. İkinci qutunun axtarışları davam etdirilir.

Qeyd edəki ki, Dubay –Rostov” reysi ilə uçan Boing 738” təyyarəsi gecə saatlarında qəzaya uğrayıb. İlkin məlumatlara görə, qəzaya səbəb pilotun səhvi və yaxud pis hava şəraiti olub. Qəza nəticəsində 62 nəfər ölüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti