3G haram elan edildi - FƏTVA

3G haram elan edildi - FƏTVA
  22 Fevral 2013    Oxunub:2283
Ötən gün ölkənin öndə gələn 4 din adamı 3G xidməti barədə fətva verib.
Texnologiyanın son nailiyyətlərindən biri, görüntülü danışmaq imkanı verən 3G sistemi İranda ciddi maneələrlə üzləşib. Right Tel adlı mobil operator şirkəti keçən həftə Farj Beynəlxalq Film Festivalındakı geniş reklam kampaniyasından sonra bu həftə müştərilərinə internet üzərindən 3G xidmətini təqdim edib. Ancaq ölkənin öndə gələn 4 din xadimi 3G ilə bağlı verdikləri fətvada “görüntülü danışıq cəmiyyətin əxlaqını pozar” deyə narahatlıqlarını ifadə edib. Fətva verənlər Ayətullah Nəsir Maqarəm Şirazi, Hüseyn Nuri Məmədani, Cəfər Sübhani və Seyid Səcdad Ələvi Gürgani “Right Tel” şirkətinin bağlanmasını tələb edib, şirkətin təqdim etdiyi xidmətlərin İranın dini və siyasi sistemini dağıtmağa hesablandığını və toplumun namusunu pozacağını elan ediblər.


Teqlər:  





Xəbər lenti