15 yaşlı oğlan göldə boğulub

15 yaşlı oğlan göldə boğulub
  13 İyul 2013    Oxunub:1188
Goranboyda bir nəfər göldə batıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Qəhrəmanov Sabir Vüqar oğlu Goranboy rayonu, Sapıküt kəndi ərazisində yerləşən Sapıküt gölündə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 100 km aralda nəzarətsiz ərazidə) batıb.

Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

Qeyd olunan şəxsin cəsədi "Aran" dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 15 metr aralıda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti