XİN rəhbərləri: `Səylərə sadiq qalacağıq`

XİN rəhbərləri: `Səylərə sadiq qalacağıq`
  13 İyul 2013    Oxunub:1091
Azərbaycan və Ermənistan XİN rəhbərləri gərginliyin azaldılması üzrə səylərə sadiq qaldıqlarını təsdiq ediblər
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Yan Kelli (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Vyanada Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan ilə görüşüblər.

AzVision.az xəbər verir ki, görüş zamanı nazirlər münaqişə tərəfləri arasında gərginliyin azaldılması üzrə səylərə sadiq qaldıqlarını bildirərək, cari ildə yüksək səviyyədə görüş üçün şəraitin yaradılmasından söhbət açıblar.

Həmçinin, yaxın aylarda keçirilməsi nəzərdə tutulan danışıqların planını müzakirə ediblər.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyanada səfərdədir.


Teqlər:  





Xəbər lenti