Azərbaycana bahar gəlib

Azərbaycana bahar gəlib
  20 Mart 2016    Oxunub:2713
Bu gün Bakı vaxtı ilə 08:30-da Bahar Azərbaycana qədəm qoyub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, martın 20-də də gecə və gündüz bərabərləşəcək.

Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınır. Həmin andan başlayaraq şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyun ayının 21-nə qədər davam edir.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən bu il 20, 21, 22, 23 və 24 mart tarixləri Novruz bayramıdır.

Əmək Məcəlləsinə əsasən, 2016-cı ildə Novruz bayramı günlərində 20 mart tarixi bazar gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdirilərək 25 mart qeyri-iş günü olacaq.

26 və 27 mart tarixləri isə şənbə və bazar günlərinə təsadüf etdiyindən Novruz bayramında 8 gün – 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart tarixləri qeyri-iş günü olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti