İlham Əliyev Fransua Ollandı təbrik edib

 İlham Əliyev Fransua Ollandı  təbrik edib
  14 İyul 2013    Oxunub:1133
Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollanda təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir:

"Fransa Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Mən Azərbaycan-Fransa münasibətlərinə böyük əhəmiyyət verirəm. Yüksək səviyyəli siyasi təmaslarımız, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığımız, davamlı mədəni əlaqələrimiz ölkələrimizin və xalqlarımızın dostluğunu nümayiş etdirən mühüm amillərdir.

Regionumuzda sülhün və sabitliyin bərqərar olması prosesində Fransanın mövqeyi bizim üçün əhəmiyyətlidir. Biz xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik".

İlham Əliyev Fransua Ollanda möhkəm cansağlığı, işlərində uğurlar, dost Fransa xalqına isə daim sülh və rifah diləyib.


Teqlər:





Xəbər lenti