Qazaxıstan səfiri Bakıda səs verdi

Qazaxıstan səfiri Bakıda səs verdi
  20 Mart 2016    Oxunub:2617
Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev Bakıda Qazaxıstanın növbədənkənar parlament seçkilərində səs verib.

AzVision.az-ın məlumatına görə, səfir Qazaxıstanın Bakıdakı səfirliyində yerləşən seçki məntəqəsində səs verib.

Qeyd edək ki, Qazaxıstanda parlament seçkiləri keçirilir. Ölkədə 9840 seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək. Seçici siyahılarına 9 milyon 791 min nəfərin adı daxil olunub.

Aşağı palatada 98 yer (partiya siyahıları üzrə) uğrunda 6 siyasi partiya mübarizə aparır.

AzVision.az


Teqlər:  






Xəbər lenti