Milli Qəhrəmanın qardaşı İlham Əliyevə məktub yazdı

Milli Qəhrəmanın qardaşı İlham Əliyevə məktub yazdı
  14 İyul 2013    Oxunub:1033
Milli qəhrəman Səfəralı Məmmədovun qardaşı Baləddin Məmmədon Prezident İlham Əliyevə məktub yazıb.
AzVision.az xəbər verir ki, məktubda deyilir:

Möhtərəm cənab Prezident!

Azərbaycan Respublikasının ilk milli qəhrəmanlarından biri - şəhid Səfəralı Məmmədovun valideynləri və ailə üzvləri, eləcə də bütün kənd əhalisi adından Sizə böyük hörmət və ehtiramımızı çatdırırıq.

Hörmətli cənab Prezident, Ələt-Astara magistralından Masallı rayonunun Sərçuvar kəndinə yeni çəkilmiş asfalt yola görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Siz bu yolu çəkməklə nəinki kəndimizin sakinlərini sevindirdiniz, həm də Qarabağımız uğrunda canını fəda etmiş, ilk milli qəhrəmanlarımızdan olan Səfəralı Məmmədovun ruhunu şad etdiniz. Sizin rəhbərliyinizlə respublikanın hər yerində, o cümlədən rayonumuzun kəndlərində aparılan böyük abadlıq və yenidənqurma işlərinə görə, Sizə “çox sağ ol” deyirik.

Bu il keçiriləcək prezident seçkilərində Sərçuvar kəndinin, eləcə də rayonumuzun sakinləri yekdilliklə Sizi dəstəkləyəcək.



Teqlər:  





Xəbər lenti