“ASAN məktub” Xınalıq kəndində uşaqları sevindirdi

“ASAN məktub” Xınalıq kəndində uşaqları sevindirdi
  21 Mart 2016    Oxunub:2520
“ASAN məktub” layihəsi çərçivəsində Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə Quba rayonunun Xınalıq kəndinə “Offroad” yürüşü təşkil olunub.
Yürüşdə məqsəd Xınalıq kəndində yaşayan uşaqların www.asanmektub.az saytında yerləşdirilmiş arzularının reallaşdırılmasıdır.

Federasiyadan AzVision.az-a verilən məlumata görə, Novruz bayramı ərəfəsində 20-dək “Offroad” avtomobili vasitəsilə həyata keçirilən səfərdə uşaqların “ASAN məktub”a ünvanladıqları məktublara cavab olaraq hədiyyələr çatdırılıb. Uşaqlara, həmçinin kitab aksiyası çərçivəsində toplanmış nəşrlər də təqdim olunub.

Qeyd edək ki, “ASAN məktub” layihəsi vasitəsi ilə Xınalıq kəndində yaşayan 77 uşağın arzu məktubu qeydə alınıb və www.asanmektub.az saytında yerləşdirilib.

“ASAN Könüllüləri” Təşkilatı “ASAN Məktub” layihəsinə 2015-ci ilin noyabr ayında start verib. Layihənin məqsədi sosial cəhətdən həssas qruplara aid uşaqlara sevinc bəxş etmək və ümumilikdə sosial məsuliyyət, eləcə də cəmiyyətdə qayğı hissini daha da artırmaqdır.

AzVision.az


Teqlər:





Xəbər lenti