Ərdoğandan derbi açıqlaması

Ərdoğandan derbi açıqlaması
  21 Mart 2016    Oxunub:2993
““Qalatasaray” – “Fənərbaxça” matçının başlamasına bir neçə saat qalmış terror təhlükəsi barədə kəşfiyyat məlumatı əldə etmişdik”.
AzVision.az-ın məlumatına görə, belə bir açıqlama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Ankarada və İstanbulda yaşanan terror aktlarını xatırladan Ərdoğan deyib: “Oyundan öncə terror olacağı haqda kəşfiyyat məlumatı aldıq. Əvvəlcə oyunun azarkeşsiz keçirilməsini düşündük. Ancaq sonra yeni kəşfiyyat məlumatı əldə etdik və hər iki klubun rəhbərliyi ilə danışıqlar aparılaraq qərara alındı ki, oyun başqa tarixdə keçirilsin”.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası derbinin yaxın günlərdə keçirilməsinə qərar verib.

AzVision.az


Teqlər:  





Xəbər lenti