Bakıda 5 mərtəbəli binada yanğın

Bakıda 5 mərtəbəli binada yanğın
  21 Mart 2016    Oxunub:2355
Bakıda növbəti yanğın hadisəsi baş verib. AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xətai rayonunda beşmərtəbəli binanın dam örtüyündə yanğın hadisəsi baş verib.

Dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən məhdudlaşdırılıb.

AzVision.az


Teqlər:  






Xəbər lenti