"Bakı 2015"in qalibindən dopinq çıxdı

"Bakı 2015"in qalibindən dopinq çıxdı
  21 Mart 2016    Oxunub:2390
Rusiyanın iki yunan-Roma güləşçisinin orqanizmindən istifadəsi qadağan olunmuş meldonium aşkarlanıb.

AzVision.az-ın qol.az-a istinadən məlumatına görə, Yevgeni Saleyevlə Sergey Semyonovun dopinq-testi müsbət nəticə verib.

Bu il yanvarın 1-dən meldonium pereparatından istifadə qadağan olunub.

Qeyd edək ki, 80 kq çəki dərəcəsində güləşən Saleyev 2014-cü il dünya çempionatının gümüş mükafatçısı, "Bakı 2015" I Avropa Oyunlarının qalibi olub. O, finalda təmsilçimiz Rafiq Hüseynovu məğlub edib. 130 kq-da güləşən Semyonov Avropa Oyunlarının iştirakçısı olub

AzVision.az


Teqlər:  





Xəbər lenti