Azad Rəhimov Dubaya gedib
Tədbirdə A. Rəhimovun Azərbaycan idmanında görülən işlərlə bağlı çıxışı nəzərdə tutulub. Nazir ölkəmizdə keçirilmiş I Avropa oyunları, Formula 1 Avropa Qrand Prisi, Şahmat Olimpiadasının, 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə isə UEFA Futbol üzrə Avropa Çempionatının 3 qrup və 1 yarımfinal oyunlarının Bakıda keçiriləcəyi haqda tədbir iştirakçılarına məlumat verəcək.
Qeyd edək ki, “3-cü İdman İctimaiyyəti Mükafatı” uğrunda mübarizədə bu il Bəhreyn, Küveyt, Oman, Səudiyyə Ərəbistanı, İordaniya, Livan və Birləşmiş Ərəb Əmirliklərindən 196 müraciət olub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


