Bu gün bir neçə abituriyent imtahana buraxılmayıb

Bu gün bir neçə abituriyent imtahana buraxılmayıb
  14 İyul 2013    Oxunub:1143
TQDK növbəti imtahanlarda iştirak edəcək abituriyentlərə xəbərdarlıq etdi - imtahana gətirilməsi qadağan olunan vasitələri, o cümlədən mobil telefon gətirməyin.
"Bütün xəbərdarlıqlara, çağırışlara baxmayaraq yenə də TQDK-ya şəxsiyyət vəsiqəsini unudan və ya imtahan binasına mobil telefonla keçdiyi üçün xaric olunan bir neçə abituriyent müraciət etdi". AzVision.az-a bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat veriblər. Məlumatda bildirilir ki, onların heç biri imtahana buraxılmadı.

TQDK növbəti imtahanda iştirak edəcək.abituriyentlərə xəbərfarlıq etdi. "Hörmətli növbəti imtahanlarda iştirak edəcək abituriyentlər! Sənədlərinizlə diqqətli olun. Sizdən cəmi 2 sənəd gətirmək tələb olunur - Şəxsiyyəti təsdiq edən sənədin əsli və İmtahana buraxılış vərəqəsi. Qaydalara zidd hərəkətlərə yol verməyin. İmtahana gətirilməsi qadağan olunan vasitələri, o cümlədən mobil telefon gətirməyin".

Qeyd edək ki, TQDK bu gun III qrup üzrə qəbul imtahanı keçirib. İmtahanda 29minə yaxın abituriyent iştirak edib.

S.İltifatqızı


Teqlər:  





Xəbər lenti