Bakıda dəhşətli qəza - 28 yaşlı oğlan yanaraq öldü
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlər və xilasedicilər qəza nəticəsində baş vermiş yanğını söndürüb, deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1988-ci il təvəllüdlü Əhmədov Nicat Mehrab oğlunun yanmış cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 03:39-da başa çatıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


