Məşhur aktyor oteldə ölü tapılıb

Məşhur aktyor oteldə ölü tapılıb
  15 İyul 2013    Oxunub:1180
Kanadalı gənc aktyor Kori Monteyt otel otağında ölü halda tapılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı aktyorun cəsədi Fairmont Pacific Rim otelinin 21-ci mərtəbəsindəki otaqlarından birində aşkarlanıb.

Vankuver polisinin verdiyi məlumata görə, aktyorun oteldən tərk etməli olduğu vaxt gəlib çatsa da, o otağından çölə çıxmayıb. Otel işçisi bundan şübhələnərək onun otağına yollanıb və Korinin öldüyü bundan sonra məlum olub.

Polis hadisənin necə baş verdiyi ilə bağlı dəqiq məlumatın olmadığını, eyni zamanda aktyorun ölümünün cinayət hadisəsi ehtimalının da olduğunu deyib.

Faktla bağlı araşdırma aparılır.

F. KƏRİMLİ


Teqlər:  





Xəbər lenti