Brüsseldə terror törədən şəxs həbs edildi

Brüsseldə terror törədən şəxs həbs edildi
  23 Mart 2016    Oxunub:2925
Brüssel hava limanında baş verən partlayışın törədilməsində şübhəli bilinən Nacim Laaşraui həbs edilib.
Bu barədə “Politico” qəzeti məlumat yayıb. O, paytaxtın Anderlext rayonunda saxlanılıb. Nacim Laaşraui ötən ilin noyabrında Parisdə törədilən terror aktları ilə bağlı axtarışda olub. 24 yaşlı Belçika vətəndaşı 2013-cü ildə Suriyada hərbi əməliyyatlarda iştirak edib. Onun DNT-si Parisdə istifadə olunmuş partlayıcı maddələrin üzərində aşkar edilmişdi.

Qeyd edək ki, Brüssel aeroportundakı partlayışları törədən iki terrorçu kamikadzenin şəxsiyyəti məlum olub. Bunlar Xalid və Brahim Bakraui qardaşlarıdır. Terror nəticəsində 34 nəfər həlak olub, 200-dən çox insan yaralanıb.


Teqlər:  






Xəbər lenti