İbrahimbəyov I Fəxri xiyabanda dəfn edildi

İbrahimbəyov I Fəxri xiyabanda dəfn edildi
  23 Mart 2016    Oxunub:3178
Azərbaycanın xalq yazıçısı Maqsud İbrahimbəyov dəfn edilib.
AzVision.az xəbər verir ki, Akademik Milli Dram Teatrında keçirilən vida mərasimindən sonra mərhum I Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində rəsmi şəxslər, incəsənət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və mərhumun yaxınları iştirak ediblər.

Xatırladaq ki, Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, martın 22-də 81 yaşında dünyasını dəyişib.

AzVision.az


Teqlər:  






Xəbər lenti