Şəmkir və Zaqatalada yanğın olub

Şəmkir və Zaqatalada yanğın olub
  23 Mart 2016    Oxunub:2225
Şəmkir rayonu, Könüllü kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlaması yanıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 13:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər bir yanğın hadisəsi isə Zaqatala rayonunda olub. Rayonun Maqov kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan tövlənin yanar konstruksiyaları 50 kv.m sahədə və içərisinə yığılmış 1 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti