Belçika-Portuqaliya oyunu təxirə salındı

Belçika-Portuqaliya oyunu təxirə salındı
  23 Mart 2016    Oxunub:2219
Belçika və Portuqaliya milli komandaları arasında yoxlama oyunu təxirə salınıb.
AzVision.az-ın məlumatına görə, bu barədə Belçika Futbol Federasiyası rəsmi saytında məlumat yerləşdirib.

Yoldaşlıq görüşünün martın 29-da keçirilməsi nəzərdə tutulurdu. Ötən gün Brüsseldə baş verən terror aktları səbəbindən oyunun başqa vaxta keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, təhlükəsizlik səbəbindən hüquq-mühafizə orqanları Belçika Futbol Federasiyasından qarşıdakı oyunu keçirməməyi xahiş etmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti