BMT Azərbaycandakı ofisinə yeni rəhbər göndərir

BMT Azərbaycandakı ofisinə yeni rəhbər göndərir
  23 Mart 2016    Oxunub:2631
BMT-nin Azərbaycandakı ofisinə yeni rəhbər təyin olunub.
AzVision.az reporta-a istinadən xəbər verir ki, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi vəzifəsinə əfqanıstanlı diplomat Qulam İsaqzai gətirilib.
Diplomatın Azərbaycana gəlişi aprel ayının əvvəllərinə gözlənilir. O bu vəzifədə hollandiyalı Antonius Bruku əvəz edəcək.

AzVision.az



Teqlər:  






Xəbər lenti