3 nömrəli marşrut xəttinin istiqaməti dəyişildi

3 nömrəli marşrut xəttinin istiqaməti dəyişildi
  24 Mart 2016    Oxunub:3580
“7-ci mikrorayon ərazisində yaşayan sərnişinlərdən Bakı Nəqliyyat Agentlyinə daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq 3 saylı marşrut xəttimizin istiqamətində dəyişiklik etdik”.
Bu barədə “Baku Bus”ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib:

““BakuBus”a məxsus 3 saylı marşrut xəttinin son dayanacağı Azadlıq prospekti metro stansiyasının önü yox, Atatürk prospektindən sonra Şövkət Məmmədova və Abay Kunanbayev küçələri ilə keçməklə Dərnəgül metro stansiyasının önü olacaq. Qeyd edək ki, 3 saylı marşrut xətti hərəkət trayektoriyasının dəyişdirilməsi səbəbilə Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələrindən keçməyəcək. Dəyişiklik martın 25-dən icra olunacaq”.

AzVision.az


Teqlər:





Xəbər lenti