İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib
  24 Mart 2016    Oxunub:1520
Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Prokopis Pavlopulosa Müstəqillik günü münasibətilə təbrik məktubu göndərib.
Təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafı, əməkdaşlığımızın genişlənməsi bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

AzVision.az


Teqlər:  






Xəbər lenti