İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib
“Hörmətli cənab Prezident, Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafı, əməkdaşlığımızın genişlənməsi bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


