4 nəfəri öldürüb qaçan sürücü tutuldu
Qeyd edək ki, ötən gecə Lənkəran-Boradigah şosse yolunda, şəhəri Ləvəngi dairəsinə yaxın ərazidə ağır yol nəqliyyat hadisəsi baş verib. yüksək sürətlə hərəkətdə olan "VAZ 21 099" markalı, 10 GJ 472 dövlət qeydiyyat nişanlı avtomaşın piyadaları vurub. İdarəetməni itirən avtomaşın yoldan çıxaraq şam ağaclarına çırpılıb. Hadisə zamanı 4 nəfər - 1979-cu il təvəllüdlü İsmaylov İmran, 1995-ci il təvəllüdlü Cəbrayilov Əli, 1991-ci il təvəllüdlü Əliyev Səbuhi və 1988-ci il təvəllüdlü Hüseynov Elvin dünyasını dəyişib, 1987-ci il təvəllüdlü Kənan Həsənov ağır bədən xəsarətləri alıb. Sürücü Əlizadə Xansu hadisə yerindən qaçıb.(Report)







Vaxtında, Aydın, Lazımlı!


