4 nəfəri öldürüb qaçan sürücü tutuldu

4 nəfəri öldürüb qaçan sürücü tutuldu
  24 Mart 2016    Oxunub:2571
Lənkəran şəhərində 4 nəfərin ölümü 1 nəfərin yaralanması ilə nəticələnən və hadisə yerindən qaçan sürücü tutulub.
Astara rayon sakini 30 yaşlı Xansu Talıb oğlu Xəlilzadə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb olunub.

Qeyd edək ki, ötən gecə Lənkəran-Boradigah şosse yolunda, şəhəri Ləvəngi dairəsinə yaxın ərazidə ağır yol nəqliyyat hadisəsi baş verib. yüksək sürətlə hərəkətdə olan "VAZ 21 099" markalı, 10 GJ 472 dövlət qeydiyyat nişanlı avtomaşın piyadaları vurub. İdarəetməni itirən avtomaşın yoldan çıxaraq şam ağaclarına çırpılıb. Hadisə zamanı 4 nəfər - 1979-cu il təvəllüdlü İsmaylov İmran, 1995-ci il təvəllüdlü Cəbrayilov Əli, 1991-ci il təvəllüdlü Əliyev Səbuhi və 1988-ci il təvəllüdlü Hüseynov Elvin dünyasını dəyişib, 1987-ci il təvəllüdlü Kənan Həsənov ağır bədən xəsarətləri alıb. Sürücü Əlizadə Xansu hadisə yerindən qaçıb.(Report)


Teqlər:  






Xəbər lenti