Yohan Kroyff vəfat edib

Yohan Kroyff vəfat edib
  24 Mart 2016    Oxunub:2383
Hollandiyalı məşhur futbolçu Yohan Kroyff vəfat edib. Bu barədə AzVision.az xarici KİV-ə istinadən xəbər verir.

Əfsanə futbolçu bir müddət idi ki, ağ ciyər xərçəngindən əziyyət çəkirdi və bu gün 68 yaşında vəfat edib.

Qeyd edək ki, Hollandiyanın “Ayaks” klubunun yetirməsi olan Y.Kroyff 1973-cü ildə İspaniyanın “Barselona” klubuna transfer olunub. Bir çox oyunda Hollandiya millisinin kapitanı olan əfsanə futbolçu 1974-cü ilin Dünya Kubokunda komandasının finala çıxmasında mühüm rol oynayıb.

Kroyff 3 dəfə Avropada İlin Futbolçusu Mükafatına sahib olan 3 futbolçudan birincisidir. Aktiv futbol yaşamı dövründə sarı saçı və oyununa görə “Sarı Siçan” ləqəbi ilə məşhur olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti