I qrup abituriyentlərin nəzərinə

I qrup abituriyentlərin nəzərinə
  15 İyul 2013    Oxunub:1105
TQDK I ixtisas qrupu üzrə keçiriləcək imtahanda iştirak etmək istəyənlər abituriyentlərə "Buraxılış vərəqəsi"nin verilməsinə başlayıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 2013/2014-cü tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün iyulun 21-də I ixtisas qrupu üzrə keçiriləcək imtahanda iştirak etmək istəyənlər abituriyentlərə "Buraxılış vərəqəsi"nin verilməsinə başlayıb.

Bbituriyentlər bunun üçün TQDK-nın saytındakı müvafiq sistemə daxil olmalı Buraya və "İmtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər. Abituriyentlər bu vərəqə olmadan imtahan binasına daxil ola bilməzlər.

Qeyd edək ki, iyulun 14-də TQDK ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti