Gəncədə sürücü özünü niyə yandırıb? - Rəsmi məlumat
N. Məmmədəliyevin sərxoş vəziyyətdə avtomobili idarə etməsi müəyyən edildiyindən o, Gəncə rayonlararası narkoloji dispanserinə aparılaraq orada müayinədən keçirilib. Müayinədən sonra onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyənləşdirilib və idarə etdiyi avtomobil Gəncə Dövlət Yol Polisi Şöbəsinin cərimə meydançasına aparılıb. Bundan sonra N.Məmmədəliyev əşyalarını götürmək adı ilə maşına yaxınlaşıb və avtomobilin salonundan plastik qabda olan yandırıcı məhlulu götürüb və üzərinə tökərək özünü yandırıb. Orada olan polis əməkdaşlarının səyi ilə dərhal yanğın söndürülüb və N.Məmmədəliyev Gəncə şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


