Azərbaycan cüdoçularından uğursuz start

Azərbaycan cüdoçularından uğursuz start
  25 Mart 2016    Oxunub:1750
Gürcüstanın paytaxtı Tibilisidə cüdo üzrə Qran Priyə start verilib.
AzVision.az-ın məlumatına görə, 3 gün davam edəcək yarışda Azərbaycan milli komandasının aparıcı üzvlərindən bəziləri iştirak etmir. Baş məşqçi Peter Zayzenbaxer onlara istirahət verib. İlk yarış günündə Azərbaycanın 3 təmsilçisindən heç biri 1/4 finala yüksələ bilməyib.

60 kq çəki dərəcəsində yer alan Vüqar Şirinli ilk qarşılaşmasında belarusiyalı Arif Bağırova qalib gəlsə də, ikinci gürüşündə türkiyəli Bəkir Özlüyə məğlub olub. Bu çəkidəki digər cüdoçu Elbrus Zamanov və yeganə qadın cüdoçu - 48 kq çəkidə yer alan Aişə Qurbanlı da ilk görüşdəcə məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, 67 ölkədən 395 (231 kişi, 164 qadın) cüdoçunun qatıldığı yarışda Azərbaycan 12 idmançı ilə təmsil olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti