Düşmənin canlı qüvvəsi və texnikası məhv edildi - Video

Düşmənin canlı qüvvəsi və texnikası məhv edildi - Video
  26 Mart 2016    Oxunub:4434
Milli ordumuz tərəfindən düşmən təxribatının qarşısı alınıb.

Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələri tərəfindən martın 26-da qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinə məxsus canlı qüvvə və hərbi texnika məhv edilib.

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin açdığı sərrast atəşlə elə ilk mərmilərlə düşmənin hərbi nəqliyyat vasitələri və mövqeləri sıradan çıxarılıb.

Müdafiə Nazirliyi bir daha bildirir ki, Silahlı Qüvvələrimiz düşmənin mülki deyil, yalnız hərbi obyektlərini hədəfə alır. Qarşı tərəf isə həmişə olduğu kimi yenə də öz itkilərini ictimaiyyətindən gizlədir.





AzVision.az


Teqlər:  






Xəbər lenti