QMİ-nin qəzeti fəaliyyətini dayandırdı

QMİ-nin qəzeti fəaliyyətini dayandırdı
  26 Mart 2016    Oxunub:1930
Qafqaz Müsəlmanları İdarəsinin həftəlik nəşr edilən "Haqqın nuru" qəzeti fəaliyyətini dayandırıb.
"Report"un xəbərinə görə, dini-ictimai qəzetin fəaliyyətini dayandırmasına səbəb iqtisadi çətinliklər olub.

QMİ bundan sonra "Haqqın nuru" adlı rüblük dərgi çap edəcək.

Qeyd edək ki, "Haqqın nuru" qəzeti 2010-cu ildən fəaliyyətə başlayıb, 300 sayı çapdan çıxıb. Qəzet Azərbaycan və rus dillərində nəşr edilib.

AzVision.az


Teqlər:






Xəbər lenti