DYP rəsmisi: “Ölüm faktları gizlədilmir”

DYP rəsmisi: “Ölüm faktları gizlədilmir”
  15 İyul 2013    Oxunub:1305
Kamran Əliyev yol qəzalarında ölənlərin sayının gizlədilməsi məsələsinə aydınlıq gətirdi
“Qurumun rəsmi saytında yalnız ağır yol nəqliyyat hadisələri yerləşdirilir. Ola bilər ki, bu ağır yol qəzaları nəticəsində ay ərzində 20 ölüm faktı olsun. Ancaq ağır yol nəqliyyat hadisəsi olmayan qəzalar nəticəsində isə bir ay ərzində 100 ölüm faktı qeydə alınsın. Mən də məhz bunu demişəm, ağır yol nəqliyyat hadisəsi hesab olunmayan qəzalar haqqında məlumatlar sayta yerləşdirilmir”.

Bu sözləri AzVision.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev yerli mətbuatda yer alan yol qəzalarında ölən faktlarının gizlədilməsi halları ilə bağlı məsələyə aydınlıq gətirərkən bildirib.

K.Əliyev qeyd edib ki, bunlar ayrı-ayrı şeylərdir: “Yəni bizim saytda Yol Polisinin rəsmi saytında ancaq ağır hadisələr haqqında məlumat verilir. Ağır hadisə də 2 və daha artıq insanın ölümü ilə nəticələnən hadisələrdir. Burada söhbət hadisənin statistikasını fərqli şəkildə verməkdən getmir. Məlumatlar mətbuatdan gizlədilmir”.

Qeyd edək ki, mətbuatda yer alan yazılara görə, Kamran Əliyev təmsil etdiyi qurumun saytında ölüm hallarının azaldılması ilə bağlı açıqlama verib.

AzVision.az


Teqlər:  





Xəbər lenti