Saatlıda ev yanıb

Saatlıda ev yanıb
  27 Mart 2016    Oxunub:1871
Bu gecə Saatlı rayonu, Qıraqlı kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus evdə yanğın baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 5 otaqlı evin 4 otağının yanar konstruksiyaları, qamışdan ibarət tavan və dam örtüyü 170 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  






Xəbər lenti