İsrail İranın nüvə proqramını dayandıracaq

İsrail İranın nüvə proqramını dayandıracaq
  15 İyul 2013    Oxunub:1115
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İran nüvə proqramı üzrə qırmızı xəttə yaxınlaşıb.
AzVision.az Reuters-ə istinadən məlumat verir ki, Netanyahunun sözlərinə görə, İsrail İranın nüvə silahını dayandırması üçün ABŞ-dan qabaq konkret addımlar ata bilər.

“Biz ABŞ-a nisbətən daha sürətlə addım atırıq. Zəif olduğumuz üçün İranı dayandırmaq barədə məsələyə ABŞ-dan qabaq cavab vermək lazım gələcək” – baş nazir vurğulayıb.

Netanyahunun sözlərinə görə, İran mütəxəssisləri hazırda iki istiqamətdə işləyirlər - atom bombası və ABŞ ərazisinədək uçuş qabiliyyətinə malik qitələrarası ballistik raketlər hazırlayırlar.

“Bizə çatmaq üçün isə bu raketlərə ehtiyac yoxdur, onlarda bu cür vasitələr vardır. Bu işlə onlar prezident seçkilərindən sonra məşğul olacaqlar, buna görə də onları dayandırmaq lazımdır” – Netanyahu əlavə edib.

Netanyahu güman edir ki, İran İslam Respublikasında Həsən Ruhani prezident seçildikdən sonra da dəyişməyib. Onun sözlərinə görə, Ruhani sələfi Mahmud Əhmədinejadı tənqid etsə də, onun yolu ilə gedir.

AzVision.az


Teqlər:





Xəbər lenti