Keçmiş icra başçısının villası ilə bağlı açıqlama

Keçmiş icra başçısının villası ilə bağlı açıqlama
  27 Mart 2016    Oxunub:3316
“Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Tahir Kərimovun rayondakı evinin İcra Hakimiyyətinin balansında muzey kimi fəaliyyət göstərəcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.
AzVision.az xəbər verir ki, bunu Anspress-ə Salyan Rayon İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rəşad Cəbrayılov deyib. Onun sözlərinə görə, Tahir Kərimovun doğrudan da, Salyanda evi var. Ancaq bu ev şəxsidir, onun özünə məxsusdur:

“Fərdi yaşayış evinin icra hakimiyyətinin balansında muzey kimi istifadəsi mümkün deyil. Düzdür, Tahir müəllim icra başçısı işləyəndə buradakı evdə yaşayırdı. Ancaq hazırda ev boşdur. Sabiq icra hazırda həmin evdə yaşamır”.

Rəşad Cəbrayılov onu da əlavə edib ki, gələcəkdə həmin evin muzey kimi icranın balansına verilməsi müzakirə mövzusu deyil.

Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, bu yaxınlarda Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Tahir Kərimovun işlədiyi dövrdə orada inşa etdirdiyi dəbdəbəli villası bundan sonra İcra Hakimiyyətinin balansında muzey kimi fəaliyyət göstərəcək.

AzVision.az


Teqlər:






Xəbər lenti