Məmmədyarov, Lavrov və Zərifin görüşü planlaşdırılır
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin məlumat verib.
XİN rəsmisinin sözlərinə görə, Rusiya, İran və Azərbaycanın XİN rəhbərləri Sergey Lavrov, Cavad Zərif və Elmar Məmmədyarovun üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır.
Görüşün harada və nə vaxt keçiriləcəyi hələlik məlum deyil.
Nazirlərin üçtərəfli görüşünün Bakıda keçiriləcəyi ehtimal edilir
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


