İlham Əliyev ABŞ-da hansı müzakirələri aparacaq?

İlham Əliyev ABŞ-da hansı müzakirələri aparacaq?
  27 Mart 2016    Oxunub:2602
Prezident Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ölkə başçısı İlham Əliyevin Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammitində iştirakı zamanı müzakirə ediləcək məsələləri şərh edib.

AzVision.az-ın məlumatına görə, PA rəsmisi ANS-ə açıqlaması zamanı bildirib ki, əsas məsələ belə sammitlərdə iştirak edib onun fəaliyyəti ilə tanış olmaqdır: “Ölkə başçısı da Azərbaycanın gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı sammitdə çıxış edəcək. Bu sammitin ikinci tərəfdən əhəmiyyəti ondan ibarətdir ki, orada müxtəlif görüşlər, danışıqlar olur. Həmin danışıqlar nəticəsində də, ikitərəfli münasibətlərin inkişafı ilə bağlı irəliyə doğru addımlar atılır".

N. Məmmədov bildirib ki, bütün bu məsələləri nəzərə alaraq görüşün böyük əhəmiyyət kəsb etdiyini düşünür.



AzVision.az


Teqlər:  






Xəbər lenti