Bakıda müəmmalı gurultu - Səbəbini heç kim bilmir

Bakıda müəmmalı gurultu - Səbəbini heç kim bilmir
  28 Mart 2016    Oxunub:5316
Ötən gün Bakının Səbayıl və Yasamal rayonunda müəmmalı gurultu səsi eşidilib. Səs o qədər güclü olub ki, hətta binaları da titrədib.
Daha çox Badamdar qəsəbəsi ərazisində hiss edilən səs və binaların titrəməsi insanlar arasında təlaşa səbəb olub.

Rəsmi qurumlar isə müəmmalı səsin nədən qaynaqlanmasından xəbərsizdir.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli AzVision.az-a açıqlamasında bildirib ki, Bakıda təşviş yaradan səs zəlzələ ilə bağlı deyil.

“Özüm də həmin səsi və tərpənişi hiss elədim. Qobu qəsəbəsində yerləşən stansiyada tərpənmə qeydə alınıb. Ancaq onu deyə bilərəm ki, bu, zəlzələ deyildi. Nəsə hadisə olub, ya partlayış, ya da ağır yükün aşmasından yarana bilər. Dəqiq deyə bilərəm ki, zəlzələ olmayıb”,-deyə Qurban Yetirmişli bildirib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun sözlərinə görə, ötən gün Nazirliyin 112 məlumat mərkəzinə hər hansı fövqaladə halla bağlı məlumat daxil olmayıb.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:





Xəbər lenti