Nəcməddin Sadıkov Belarusa getdi
Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri müzakirə olunur.
Nümayəndə heyətlərinin rəhbərləri iclasda müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparacaqlar.
Martın 30-dək davam edəcək səfər çərçivəsində general-polkovnik N.Sadıkovun bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub. Görüşlərdə iki ölkə arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaqdır.
Bundan əlavə, Belarus Respublikasının bir sıra müdafiə sənayesi müəssisələrinin ziyarəti planlaşdırılır.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


