AZAL sərnişinlərə xəbərdarlıq etdi

AZAL sərnişinlərə xəbərdarlıq etdi
  28 Mart 2016    Oxunub:3521
"Azərbaycan Hava Yolları" (AZAL) sərnişinlərə Azərbaycanda yay vaxtına keçidin ləğvi ilə əlaqədar olaraq dəyişikliklərin əks olunduğu yenilənmiş uçuş cədvəli barədə xəbərdarlıq edib
QSC-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, artıq AZAL-ın reysləri Bakıdan aşağıdakı qrafikə uyğun olaraq uçur:



Xatırladaq ki, təyinat məntəqələrinə nəzərdə tutulan vaxtda çatmaq və vaxtında transfer məqsədilə, AZAL aviaşirkətinin bütün beynəlxalq aviareysləri Azərbaycanın hava limanlarına/hava limanlarından artıq alınmış aviabiletlərdə göstərilən vaxtdan bir saat tez uçacaq.

Heydər Əliyev Beynəlxalq Hava Limanı AZAL-ın martın 26-dan sonra olan reyslərinə aviabilet alan bütün sərnişinlərdən aviabiletdə göstərilən uçuş vaxtından 3 saat öncə qeydiyyat üçün hava limanına gəlməyi xahiş edir.

AZAL-ın bütün qurumları sərnişinlərin vaxtında təyyarəyə minməsini təmin etmək üçün gücləndirilmiş rejimdə işləyir.

AzVision.az


Teqlər:  






Xəbər lenti