Universitet Hitlerə görə üzr istədi

Universitet Hitlerə görə üzr istədi
  15 İyul 2013    Oxunub:1110
Tailand universiteti Hitleri reklam edən lövhəyə görə üzr istəyib.
AzVision.az The Guardian-a istinadən məlumat verir ki, universitet bildirib ki, Hitlerin şəklini yeni tələbələr çəkib.

Universitetin incəsənət fakültəsinin birinci kurs tələbələri Hitlerin şəklini məzunlar üçün hədiyyə olaraq hazırlayıblar və lövhəni Çulalonqkorn universitetinin həyətində yerləşdiriliblər.

Nəhəng ağ rəngli “Təbriklər” sözü yazılmış lövhədə Hitler bir əli yuxarıda jest verir.

Universitetin incəsənət fakültəsinin dekanı lövhəyə görə üzrxahlıq edib. Tənqid olunduğu üçün lövhə iki gündən sonra universitetin həyətindən yığışdırılıb. Universitetin tələbələri isə Hitleri təqlid edərək əllərini onun kimi tutublar.

Hitlerin lövhəsi ilə tələbələr onu göstərməyə çalışıblar ki, yaşadığımız dövrdə həm yaxşı, həm də pis insanlar vardır. Dekanın sözlərinə görə, bu şəkli çəkməkdə məqsəd “dünyanı qoruyan super qəhrəman” mövzusu olub.

AzVision.az


Teqlər:





Xəbər lenti