Bankın mətbuat katibi işdən çıxdı

Bankın mətbuat katibi işdən çıxdı
  29 Mart 2016    Oxunub:1900
Ekspressbankın mətbuat xidmətinin rəhbəri Pərviz Sədrəddinov işdən çıxıb.
Bu barədə AzVision.az-a Pərviz Sədrəddinov özü məlumat verilib.

“Mətbuat katibinin əsas vəzifəsi KİV nümayəndələri ilə münasibətlərin qurulmasından və inkişaf etdirilməsindən ibarətdir. Fikrimcə, istənilən qurum mətbuatla əməkdaşlığa böyük önəm verilməlidir. Çünki təmsil etdiyimiz şirkətlər məhz sizin sayənizdə tanınır, məşhurlaşır və əhali ilə aramızda olan ən mühüm “körpü” hesab olunursunuz. Mənə göstərilən dəstəyə görə, hər kəsə ayrı-ayrılıqda minnətdarlığımı bildirirəm”-deyə Pərviz Sədrəddinov bildirib.

O, aprelin 1-dən başqa qurumda fəaliyyətini davam etdirəcəyini deyib.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  






Xəbər lenti