Terror qorxusu, rus qızları Bakıya axışır...

Terror qorxusu, rus qızları Bakıya axışır...
  29 Mart 2016    Oxunub:13094
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Martın 28-də nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Azərbaycan ordusu iki şəhid verdi

Erməni silahlı bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat cəhdinin qarşısı alınıb. Düşmənlə baş verən döyüş toqquşmasında Silahlı Qüvvələrimizin zabiti leytenant Zülfüqarlı Qalib Laim oğlu və əsgər Hacıyev Qəfərəli İntiqam oğlu şəhid olublar.

***

Bakı dünyanın 50 ən möhtəşəm şəhəri sırasında

Britaniyada nəşr edilən, dünyanın ən böyük və möhtəşəm 50 şəhərindən bəhs edən “Skylines” kitabında Bakıya xüsusi yer verilib.

***

Bayram günlərində neçə nəfər həkimə müraciət edib?

Bayram günlərində Təcili Tibbi Yardıma 2200 müraciət daxil olub. Bu barədə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

***

Dəhşətli terror zamanı 34 uşaq ölüb - 15 nəfər tutulub

Pakistanın Lahor şəhərində əyləncə parkında terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb.

***

Bayram günlərində `yol terroru`- 21 ölü, 96 yaralı

Bayram günlərində Azərbaycanda baş verən yol qəzalarının statistikası açıqlanıb.

***

“ASAN Xidmət” İndoneziyada təqdim edildi

İndoneziyanın Cakarta şəhərində bu ölkə Prezidentinin Yaxın Şərq və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri üzrə Xüsusi Elçisi Ofisinin təşəbbüsü ilə “İƏT ölkələrində qabaqcıl təcrübələr: Vahid pəncərə xidmətləri. Azərbaycanın ASAN Xidməti” mövzusunda Azərbaycanın İndoneziyadakı Səfirliyi tərəfindən kompüter və video materiallarından istifadə olunmaqla “ASAN Xidmət” haqqında interaktiv təqdimat keçirildi.



Emin oğlanları ilə istirahətdə – YENİ FOTOLAR

Məşhur iş adamı və müğənni Emin Ağalarov əkizləri ilə birlikdə yeni fotolarını yayıb.

***

Türkiyədə növbəti partlayış, yaralılar var (Video)

Türkiyənin Şanlıurfa vilayətində partlayış baş verib.

***

Trampın Bakıya gələn qızı ana oldu - FOTO

ABŞ prezidentliyinə namizəd Donald Tramp növbəti dəfə baba olub.

***

Bakıda şagirdlər qəzaya düşdü - 12 yaralı

Bakının Sabunçu rayonunda şagirdləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

***

Dəhşətli təyyarə qəzasının səbəbi: Dayan! Hara? Dayan!

Rusiyanın Rostov-na-Donu şəhərində Dubaydan qayıdan Boeing-737 təyyarəsinin qəzaya uğramasının səbəbi pilotların səhvi olub.



`Sovetski`də 3 əsrlik tarixi bina sökülür - FOTOLAR

Bir vaxtlar Bakının ən gözəl yerlərdindən olan “Sovetski” hazırda qara günlərini yaşayır. Bakının Baş planına uyğun olaraq “Sovetski”nin bir hissəsi sökülüb. Sökülməyən evlərin çoxu isə qəzalı vəziyyətdədir.

***

Rus turistlər Bakıya axışır - Satışlar 3 dəfə artıb

Rusiyanın “Kommersant” qəzeti vətəndaşların hansı xarici ölkələrdə istirahət etməsi ilə bağlı araşdırma aparıb.

***

`Terrorizmi qətiyyətlə pisləyirik` - İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynə başsağlığı verib.

***

AZAL sərnişinlərə xəbərdarlıq etdi

"Azərbaycan Hava Yolları" (AZAL) sərnişinlərə Azərbaycanda yay vaxtına keçidin ləğvi ilə əlaqədar olaraq dəyişikliklərin əks olunduğu yenilənmiş uçuş cədvəli barədə xəbərdarlıq edib.

***

İntiqam Əliyev azadlığa buraxıldı

Ali Məhkəmədə baş prokuror Zakir Qaralovun "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin həbsdə olan sədri İntiqam Əliyevlə bağlı məhkəmə qərarından cəzanın ağır olmasına dair verdiyi əlavə kassasiya protesti üzrə məhkəmə keçirilib. Məhkəmə İntiqam Əliyev barəsində 5 il şərti cəza verilməklə azadlığa buraxılması barədə qərar verib.



Səyyar ASAN hansı rayonlarda olacaq? – XƏRİTƏ, FOTOLAR

***

Xalq artisti ola bilməyən aktyorun son arzusu... - REPORTAJ+FOTOLAR

O, baş rolda oynamağı sevməzdi. “Baş rolların mətnini əzbərləmək zülümdür. Səbrim çatmır. Mənimki elə budur, girim tamaşaya, tamaşaçının əhvalını qaldırıb çıxım”-deyə özünə təsəlli verərdi. Söhbət Azərbaycanın mərhum aktyoru Ələsgər Məmmədoğludan gedir. O, Xalq artisti fərxi adını almadan dünyadan köçən barmaqla sayılası aktyorlardan idi.

***

Cennifer Lopez Ayselin mağazasında 2,5 milyon xərclədi - FOTOLAR

Milyarder oğlu Mixail Quçeriyevin toy mərasiminə qatılmaq üçün Moskvaya gələn amerikalı müğənni və aktrisa Cennifer Lopez Rusiyanın paytaxtında alış-veriş edib.

***

Polislərə WhatsApp, Facebook, Instagram qadağası

Rusiyada Moskva polisinə ``WhatsApp` da daxil olmaqla, bir sıra messencer və sosial şəbəkələrdən istifadə etmək qadağa olunub.

***

Şəbnəm Tapdığın yalanı üzə çıxdı

Müəllif Hüquqları Agentliyi əməkdar artist Şəbnəm Tapdığın adı ilə bağlı qoyduğu qadağa ilə bağlı açıqlama verib.

***

Bakı Olimpiya Stadionunda toy olacaq?

“Bakı Olimpiya Stadionunda toy etmək üçün çoxlu müraciətlər daxil olur. Sakinlər bizimlə əlaqə saxlayaraq, toy mərasimləri keçirmək istədiklərini bildirirlər. Buna baxmayaraq, hələki real toy sifarişi almamışıq”. Bu barədə Bakı Olimpiya Stadionunun mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva bildirib.

***

General ermənilərə cavab verdi: `Hara qaçacaqsınız?`

Ermənistanın Müdafiə Nazirliyi son vaxtlar yeganə ümidi olan və danışdıqlarına hətta özünün də inanmadığı “komandos” ləqəbli bir ünsürün xidmətlərindən tez-tez istifadə etməyə başlayıb. Bunu ehtiyatda olan erməni general Arkadi Ter-Tadevosyanın guya Ermənistanın hansısa "gizli silah"a sahib olması barədə sərsəm fikirlərini şərh edən Azərbaycanın sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.

***

Bakıda iş saatı dəyişdirilməlidir - TƏKLİF

Azərbaycanda yay vaxtına keçidin ləğv olunmasından sonra iş saatların dəyişdirilməsi ilə bağlı müxtəlif təkliflər irəl sürülür. Ekspertlərin fikrincə, iş vaxtının 08:30-dan 17:30-a qədər təyin olunması məqsədəuyğun hesab oluna bilər. Bu baxımdan iş saatlarının 09:00-dan geriyə çəkilməsi təklif olunur.

***

Müxalifətin halva davası - KARİKATURA

Milli Şura sədri Cəmil Həsənlinin və qurumun koordinasiya mərkəzinin üzvü Eldəniz Quliyevin Maqsud İbrahimbəyovun yasında iştirak etməsi təşkilatdakı Əli Kərimli tərəfdarları və bir çox müxalifətçilər tərəfindən birmənalı qarşılanmayıb.

***

Səyyar ASAN Pirallahıda FOTOLAR

Səyyar “ASAN xidmət”in xüsusi avadanlıqlarla təchiz olunmuş avtobusları vətəndaşların xidmətlərdən yararlanmaları üçün regionlarda əhaliyə xidmətlər göstərməkdə davam edir. Səyyar ASAN xidmət aprel ayının 6-dək Pirallahı rayonunda Bakı sakinlərinə xidmət göstərəcək.



Prezident və xanımı İbrahimbəyovun məzarını ziyarət etdi - Fotolar

Martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Xalq Yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət ediblər.

***

Artur Rasizadə sədr oldu - Dövlət Komissiyasının yeni tərkibi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb.

***

Prezident rektoru işdən çıxardı - Sərəncam

Prezident İlham Əliyev Asəf İsgəndərovun Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

***

REAL hərəkatı ermənilərə işləyir? - Sərt ittiham

Yeni Azərbaycan Partiyası (YAP) REAL Hərəkatının partiyaya çevrilməsinə münasibət bildirib. Partiyanın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov AzVision.az-a deyib ki, REAL siyasi partiya deyil, əsl dərnəkdir.

***

Bakıda bina çökdü - 20 ailə təhlükə altında

Bakıda yataqxana binasında uçqun olub. Hadisə Xətai rayonu ərazisində, Cavanşir küçəsi, 10 ünvanında baş verib.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti