Yağış Bakı küçələrində tıxac yaratdı

Yağış Bakı küçələrində tıxac yaratdı
  29 Mart 2016    Oxunub:5443
Bakıda müşahidə edilən yağışlı hava bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətində sıxlıq yaradıb.
AzVision.az xəbər verir ki, hazırda Tbilisi prospektindən Nəqliyyat Nazirliyinin qarşısına doğru şəhər istiqamətində, Həsən Əliyev küçəsindən Tbilisi prospekti istiqamətində avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

Həmçini Ziya Bünyadov prospektində (20 Yanvar Dairəsinə doğru) və Afiyəddin Cəlilov küçəsində nəqliyyat vasitələrinin intensiv hərəkəti qeydə alınıb.

Bundan başqa Babək prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində, həmçinin Yusif Səfərov küçəsinin Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsində maşınların tıxacı müşahidə edilir.

Eyni zamanda A. Bakıxanov küçəsində də (Dədə Qorqud parkı istiqamətində) sıxlıq müşahidə edilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:






Xəbər lenti